- Baxış sayı: 22
- 06 Fevral 2026 15:54
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

“Qarabağ” klubu ciddi itki ilə üzləşib.
Allsport.az saytı xəbər verir ki, dünən konfrans liqasında Bakıda “Bazel” (İsveçrə) ilə görüşdə Xayme Romero ilk hissənin son saniyələrində ikili mübarizədə zədələnərək meydanı tərk edib.
Oyuna davam edə bilməyən ispaniyalı yarımmüdafiəçini Qurban Qurbanov fasilədə Marko Veşoviçlə əvəzləyib.
Həkim müayinəsindən sonra onun zədəsinin ciddiliyi, əməliyyat olunacağı və bir neçə ay yaşıl meydandan kənar qalacağı müəyyənləşib.