- Baxış sayı: 29
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Eldar İsmayılov: «Alternativ təşkilat yaratmaqdansa, yaxşı olardı ki, AİJA-ya dəstək olsunlar»
AFFA-nın baş katibi son zamanlar yaradıcılıq işləri ilə məşğuldur. Allsport.az saytı xəbər verir ki, məşqçilər və klublar komitəsinin ardından, Elxan Məmmədov assosiasiyada mətbuat işçilərindən ibarət qurum yaratmaq niyyətindədir. O, bu fikrini azerisport.com-un əməkdaşına açıqlayıb.
«Boz ev» rəsmisinin bu istəyi ölkə KİV-ində heç də birmənalı qarşılanmayıb. Çünki baş katib seçimində tam obyektiv olmur, daim ətrafında yaxın insanları cəmləyir. Baxmayaraq ki, həmin əksəriyyət işinin belə mütəxəssisi olmurlar. Milli komandamızın «importnılaşması»ndan» sonra, ölkə mediası narahatçılıq keçirir. Yəqin, xaricdən media mənsubları gəlib bizə qələm tutmağı, jurnalistikanın sirlərini, yuxarı təşkilatların çaldığı hava ilə oynamağı və ağıl öyrədəcək.
Bu işdə vasitəsi Elxan Məmmədovun yavəri Mikayıl Nərimanoğludur. Uzun illər AFFA-da çalışan həmkarımız, böyük təcrübə qazanıb. Əldə etdiyimiz məlumata görə, siyahını o hazırlayır və yekunda onu baş katibə təqdim edəcək. Gəzən söz-söhbətə görə, komitəyə üzv olacaq jurnalistlə öncədən şərt kəsilir, əhd-peyman bağlanılır.
Elxan Məmmədovun bu ideyasına AİJA-dan ilk reaksiya gəlib. Allsport.az-a açıqlamasında qurumun prezidenti Eldar İsmayılov deyib ki, onun rəhbərlik etdiyi təşkilatı AİPS – Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası tanıyır və ölkədə ikingi bu tip dərkən yaratmağa ehtiyac yoxdur:
«Biz heç kimə paxıllıq etmirik, qoy yaratsınlar. Amma beynəlxalq təşkilatlar hər ölkədə bir qurum tanıyırlar. AİJA özünü çoxdan təsdiq edib və yerini tutub. Alternativ qurum yaratmaqdansa, yaxşı olardı ki, AİJA-ya dəstək olsunlar».