AİJF doğru çalışan üzvü dəstəkləyəcək, qanunu pozanı cəzalandıracaq

Bu gün İdman jurnalistləri federasiyasının idarə heyətinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda çıxış edən qurum prezidenti Qabil Mehdiyev AİJF-in fəaliyyəti və karantin dövründə görülən işlər barədə danışıb. 

Gündəliyə əsasən, AİJF üzvlərinin imtiyaz və öhdəlikləri müzakirə olunub. Bildirilib ki, gələcəkdə də federasiya öz üzvlərinin qaldırdığı məsələlərə həssaslıqla yanaşaraq onlara dəstək olacaq. Bununla yanaşı, qurumun hər hansı üzvü AİJF mənafeyinə zidd addım atdıqda, müvafiq addım atıla bilər.

Daha bir məsələ tanınmış idman jurnalisti Mirpaşa Miriyevin 100 illik yubileyinin qeyd olunması barədə olub. Qərara alınıb ki, yubiley münasibətilə AİJF üzvləri arasında yazı müsabiqəsi elan olunsun. Müsabiqə şərtləri tezliklə açıqlanacaq.  İclasda AİJF tədbirlərinin işıqlandırılması, tanınmış idman jurnalistlərinin doğum və anım günlərinin qeyd edilməsi məsələləri də müzakirə olunub.

Həmin kateqoriyadan