- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 94
- Noyabr 21, 2024
- 0
Azərbaycan idman jurnalistləri federasiyası Rusiyanın “Matç TV” kanalına “Qarabağ”ın Avropa liqasındakı oyunlarının yayımlanmasına qadağa qoyması ilə bağlı Rusiya idman jurnalistləri federasiyasına rəsmi məktubla müraciət edib. Allsport.az saytı xəbər verir ki, müraciətdə 30 ilə yaxın müddətdə ölkəmizin ərazisinin işğalını davam etdirən Ermənistan təcavüzünün BMT və digər təşkilatlar tərəfindən təsdiqləndiyi bildirilib:
“Bu günlərdə Rusiyanın idman televiziya kanalı “Matç TV” Azərbaycanın Ağdam şəhərini təmsil edən “Qarabağ” futbol klubunun Avropa Liqasında oyunlarının yayımlanmamasına qərar verib. Bu, Azərbaycan tamaşaçısının diqqətindən yayınmayıb. “Qarabağ” Azərbaycanın ən güclü futbol klubudur və uzun illər ölkəsini UEFA-nın himayəsi altında keçirilən Çempionlar Liqasında və Avropa Liqasında uğurla təmsil edir”.
Məlumatda bildirilir ki, erməni millətindən olanların bunu “bəyənməməsi”nə görə “Qarabağ” komandasının matçlarının Rusiya telekanalında nümayiş olunmasının qadağan edilməsi Rusiya KİV-lərinin Azərbaycana qarşı qərəzli olduğunu düşünməyə əsas verir: “Bu, Ermənistan tərəfinin Azərbaycan və Rusiya arasındakı dostluq münasibətlərinə zərbə vurmaq cəhdi kimi qiymətləndirilə bilər. Azərbaycan İdman Jurnalistləri Federasiyası “Matç TV”nin Azərbaycana qarşı qərəzli münasibətini qınayır və qəti şəkildə etirazını bildirir”.