AİPS-in mentoru idman jurnalistləri 2-günlük təlim keçdi

Gənclər və idman nazirliyi ilə dövlət bədən tərbiyəsi və idman akademiyası ilə birlikdə idman jurnalistləri üçün məşğələ keçirdi. Allsport.az saytı xəbər verir ki, “Müasir jurnalistikanın çətinlikləri ilə necə üzləşməli və onların öhdəsindən necə gəlməli?” mövzusunda seminar Roma E-Kampus universitetinin xəbərlər və ünsiyyət şöbəsinin professoru, beynəlxalq idman mətbuatı assosiasiyasının təcrübəli mentorlarından biri olan Rikardo Romani tərəfindən aparıdı.

Treninqə ölkəmizin 20-dən çox idman jurnalisti və AzDBTİA-nın “İdman jurnalistikası” magistr proqarımının tələbələri cəlb olundular. İyunun 8-də seminara yekun vuruldu. Gənclər və idman naziri Fərid Qayıbov seminarın sonuncu günündə qonaq oldu, Rikardo Romani və eləcə də idman jurnalistləri ilə söhbət etdi.

Sonda jurnalistlərə sertifikatlar təqdim olundu.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish