“Red Bul”dan maraqlı və əyləncəli futbol oyunu

21 apreldə saat 15.00-da dənizkənarı bulvar ərazisində (Kukla teatrının arxası, köhnə “Dinamo” meydançası) “Red Bull Four-2 Score Azerbaijan” ölkə finalı başlayacaq.

Allsport.az saytı xəbər verir ki, bu, 4/4-ə komandaların mübarizə apardığı çox maraqlı futbol yarışmasıdır. Oyun çox sürətli və əyləncəli keçir. Görüşdə 1-ci və sonuncu dəqiqədə vurulan hər qol 2 sayılır.

“Red Bull Four-2 Score” futbolçuları kiçik meydançada, öz dörd-dördə oyun bacarıqlarını nümayiş etməyə məcbur edir. Oyunda fasilə və qapıçı yoxdur, komandaların yalnız bir əvəzləmə imkanı olur. 10 dəqiqəlik raunddan ibarət olan oyunda ilk və son 60 saniyədə vurulan qollar 2 sayılır.

Bu tədbir AFFA-nın və dənizkənarı bulvar idarəsinin dəstəyi ilə keçirilir. Ölkə finalının qalibi sentyabrda Leypsiqdə “Red Bull Four-2 Score” dünya finalına vəsiqə qazanacaq.

Həmin kateqoriyadan