“İdman səfirləri” kimlər oldu?

Gənclər və idman nazirliyinin növbədənkənar kollegiya iclası keçirilib. Fərid Qayıbovun sədrliyi ilə toplant;da 2024-cü il üçün “İdman səfirləri” seçilib. Səsvermə ilə 9 namizəd arasından aşağıdakı 5 nəfər 2024-cü il üçün “İdman səfiri” seçiliblər:

Fəridə Əzizova – taekvondo üzrə yeniyetmələr arasında Avropa çempionu, gənclər arasında dünya çempionu, U-21 Avropa çempionu, böyüklər arasında Avropa çempionatının bürünc mükafatçısı, böyüklər arasında dünya çempionatının 2-qat bürünc mükafatçısı;

Aliyə Paşayeva – bədii gimnastika üzrə Avropa çempionatlarının gümüş və bürünc medalçısı, bədii gimnastika üzrə milli komandanın məşqçisi, əməkdar idman ustası;

İlqar Qurbanov – müxtəlif illərdə İstanbulun “Fənərbağça”, Lənkəranın “Xəzər Lənkəran” futbol komandalarında, Türkiyənin gənclərdən ibarət milli komandasında və Azərbaycanın böyüklərdən ibarət yığmasının üzvü olub və hazırda futbol üzrə Azərbaycan milli komandasının skautudur;

Orxan Səfərov – 23 yaşadək cüdoçular arasında Avropa çempionatının bürünc mükafatçısı, böyüklər arasında keçirilən dünya çempionatının bürünc və gümüş mükafatçısı, Avropa oyunlarının gümüş medalçısı, böyüklər arasında Avropa çempionatının qızıl, gümüş və bürünc mükafatçısı, “Ustalar” yarışlarının müvafiq olaraq qızıl və gümüş mükafatçısı, İslam həmrəyliyi oyunlarının qalibi;

Xəyyam Orucov – milli idman növləri üzrə dördqat Avropa çempionu, 2-qat dünya kubokunun sahibi, dünya çempionatının altıqat mükafatçısı, IV İslam həmrəyliyi oyunlarının gümüş və bürünc mükafatçısı, əməkdar məşqçi. 

Həmin kateqoriyadan