- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Keşlə”nin Avropa liqasının 1-ci təsnifat mərhələsində “Laçi” ilə keçirəcəyi oyun neytral meydanda baş tuta bilər. Allsport.az xəbər verir ki, bu barədə Albaniyanın klubunun direktoru Naim Xəlili “Panorama” nəşrinə açıqlamasında bildirib:
“Hələ də Azərbaycanda oynayacağımızı dəqiq bilmirik. Çünki koronavirusa görə bu ölkəyə giriş-çıxışa məhdudiyyətlər var. Hər şey koronavirusla bağlı vəziyyətdən asılıdır. Kipr və ya İspaniyada da oynaya bilərik. Yaxın günlərdə məkan dəqiqləşəcək və ondan sonra səfərlə bağlı qərar verəcəyik”.
O, “Keşlə”ni məğlub edəcəklərinə inandığını deyib:
“Bizim üçün adi oyun olacaq. Meydan amili matça təsir etməyəcək. Çünki görüş azarkeşsiz keçiriləcək. Düşünürəm ki, bu səbəbdən ev və ya səfərdə oynamağın fərqi yoxdur. “Keşlə”ni yenəcək heyətimiz var. Komandamız yaxşı keyfiyyətlərə malikdir. Komandaya inanıram və növbəti mərhələyə keçəcəyimizi düşünürəm. Bu komandanı birtəhər tanıyıram, Mladen Milinkoviç 2 il əvvəl “Keşlə”ni çalışdırıb. Bazada bəzi oyunlarını izləmişəm”.
Püşkün nəticəsinə görə, “Keşlə” avqustun 27-də “Laçi”ni qəbul etməlidir.