- Baxış sayı: 27
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
UEFA prezidenti Aleksander Çeferin Almaniyanın “Der Spiegel” dərgisinə müsahibə verib. Allsport.az saytı xəbər verir ki, o, Avroliqanın finalının keçirilməsi üçün niyə Bakını seçdiklərini açıqlayıb: “Niyə? Çünki orada yaşayan insanlar futbolu sevirlər. Təkcə İngiltərə və Almaniyada deyil, hər yerdə futbolu inkişaf etdirməliyik. Bakıdakı azarkeşlər canlı futbol görmək istəyində haqlı deyillərmi?!
Klublar birbaşa biletləri geri qaytarıblar, çünki hamısını sata bilməyiblər. Yeri gəlmişkən, mən asanlıqla uçuşlar üçün aviabiletlərin olduğunu söylədim. Lakin kimsə bu haqda danışmır. Həmişə UEFA günahkar kimi göstərilir. Bu populizmdir. Hər klubun səyahət edən azarkeşlərini dəstəkləmək üçün konstruktiv təklifi, yaxud fondu olur”.
UEFA prezidenti qeyd edib ki, əlbəttə, Bakı Londondan uzaqdır, lakin yeri təyin edərkən finalda hər 2 komandanın İngiltərədən olacağı bilinmirdi. Aleksander Çeferin erməni əsilli futbolçu Henrix Mxitaryanın təhlükəsizlik bəhanəsi ilə Bakıya gəlməməsinə də toxunub. “Azərbaycan hərtərəfli təhlükəsizlik planı və zəmanət təqdim etdi. Lakin gəlməmək oyunçunun öz qərarı idi”.