Alisson ən yaxşı seçildi

“Liverpul”un qapıçısı Alisson Bekker komandanın mart ayının ən yaxşı oyunçusu seçilib.

Allsport.az xəbər verir ki, braziliyalı futbolçu çempionlar liqasının 1/8 final mərhələsinin PSJ ilə ilk oyununda (1:0) 9 seyv edib, premyer liqada “Sauthəmpton”a qalib gəlməyə (3:1) kömək edib, həmçinin parislilərlə cavab oyununda (0:1, penaltilərlə 1:4) iştirak edib.

Azarkeşlər arasında keçirilən sorğunun nəticələrinə görə, qapıçı 29% səs toplayıb, Məhəmməd Salah və Dominik Szoboslayı qabaqlayıb.

Həmin kateqoriyadan

azenrutr