- Baxış sayı: 159
- 29 May 2026 20:20
- Baxış sayı: 119
- May 26, 2026
- 0

Ontario xokkey liqasının (OHL) sabiq hücumçusu Ceykob Uinterton gənc yaşında vəfat edib.
Allsport.az xəbər verir ki, 25 yaşlı kanadalı xokkeyçi uzun müddətdir mübarizə apardığı xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişib.
Uinterton OHL karyerası ərzində iki mövsüm “Flint Fayrberdz” və “Oşava Cenerals” klublarının köynəyini geyinib. O, liqada keçirdiyi 125 matçda 18 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.
Xokkeyçinin vəfatı ilə əlaqədar liqanın növbəti oyunlarının bir dəqiqəlik sükutla başlanacağı gözlənilir.