- Baxış sayı: 106
- 26 İyul 2026 19:18
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

Ukrayna futbol assosiasiyası (UAF) futzal üzrə Avro-2026-nın qrup mərhələsindəki insidentə görə cəzalandırılıb.
Allsport.az xəbər verir ki, yanvarın 25-də Kaunasda keçirilən Ukrayna – Litva (4:1) matçında azarkeşlərin irqçi və diskriminasiya xarakterli hərəkətləri səbəbindən UAF 5 min avro cərimələnib. Həmçinin, Ukrayna millisinin ev sahibi olacağı növbəti rəsmi oyunun azarkeşsiz keçirilməsi qərara alınıb. Lakin bu cəza 1 illik sınaq müddəti ilə təxirə salınıb.