Almaniya klubu “Qarabağ”da oynayan futbolçu ilə bağlı qərar verdi

“Qarabağ”ın futbolçusu Aylton Silvanın müqavilə ilə məxsus olduğu “Ştutqart” klubundakı gələcəyinə aydınlıq gəlib. Allsport.az “Bild” nəşrinə istinadən xəbər verir ki, II Bundesliqa klubu 25 yaşlı sol cinah müdafiəçisini gələcək planında görmür.

2017-ci ildə 2,5 milyon avroya “Eştoril”dən transfer edilən braziliyalı futbolçu 3 dəfə icarəyə verilib. Silvanın “Qarabağ”la müqaviləsi mövsümün sonunda bitəcək. Onun “Ştutqart” ilə 2021-ci ilin iyunun 30-dək sözləşməsi var.

Həmin kateqoriyadan