Alonso “Liverpul”un bir addımlığında

“Liverpul”un sabiq yarımmüdafiəçisi Xabi Alonso gələn mövsümdən komandanın sükanı arxasına keçə bilər.

Allsport.az xəbər verir ki, tərəflər arasında artıq 3 illik müqavilə ilə bağlı şifahi razılıq əldə olunub.

Cari ilin yanvarında “Real Madrid”dəki postundan uzaqlaşdırılan 44 yaşlı mütəxəssisin təyinatı birbaşa komandanın hazırkı baş məşqçisi Arne Slotun nəticələrindən asılıdır. Belə ki, əgər “Liverpul” bu mövsüm çempionlar liqasının qalibi olarsa, Alonso ilə razılaşma qüvvədən düşə bilər.

Tərəflər arasında ilk təmaslar hələ ötən ilin noyabrında baş tutub.

Həmin kateqoriyadan