Alvaro Lənkəran günlərindən danışdı: “Həmin vaxt pul çox idi”

“Xəzər Lənkəran”ın keçmiş futbolçusu Alvaro Silva “La Voz Digital” nəşrinə açıqlama verib. Allsport.az xəbər verir ki, 36 yaşlı müdafiəçi Azərbaycandakı karyerasından danışıb:

“Qarışıq bir yer idi. Mən şəhərdə idim. Həmin vaxt pul çox idi. Con Toşak komandada baş məşqçi idi. Ona görə komandada oynamağa dəyərdi. Ancaq orada yaşamaq çətin idi. Ailəmlə 1,5 il oteldə qaldım. Hələ infrastrukturu olmayan bir şəhərdə idim”.

Tailandın “Pantum Yunayted” klubunda çıxış edən Alvaro 2013/14 mövsümündə “Xəzər Lənkəran”da oynayıb.

Həmin kateqoriyadan