- Baxış sayı: 37
- 31 Mart 2025 22:42
- Baxış sayı: 59
- Mart 24, 2025
- 0
“Barselona”nın və Braziliya millisinin sabiq futbolçusu Dani Alveşə bəraət verilib.
Allsport.az xəbər verir ki, İspaniya ali məhkəməsinin cinayət kollegiyası zərərçəkmiş şəxsin ifadəsindən başqa, ciddi təqsirli sübutların olmaması səbəbindən birinci hökmü ləğv edib.
Alveş təcavüzdə ittiham olunaraq 4,5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bir il həbsdən sonra Barselona məhkəməsi keçmiş futbolçunu hökmdən apellyasiya şikayətinə qədər 1 milyon avro girov müqabilində azadlığa buraxıb.
Bəzi mənbələr Alveşin haqsız yerə həbsxanada keçirdiyi müddətə görə təzminat alacağını bildirir.