AMADA voleybolçulara maarifləndirmə seminarı keçib

Azərbaycan voleybol federasiyasının qadın idmançıları üçün antidopinq maarifləndirmə seminarı təşkil edilib.

Allsport.az xəbər verir ki, iştirakçılara qadağan olunmuş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, Qadağan edilmiş siyahı və onun tərtib olunma meyarları, yarış vaxtı və yarışdan kənarda test götürülmə qaydaları, idmançıların məkan məlumatları, ADAMS sistemi, terapevtik istifadə üçün İstisnalar və digər vacib məqamlar barədə geniş məlumat verilib.

Əvvəlcə sorğuda iştirak edən voleybolçular maarifləndirmə seminarından sonra da öz biliklərini yoxlayıblar.

Həmin kateqoriyadan