- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 157
- Fevral 06, 2026
- 0
Portuqaliya çempionatının ikinci liqasında 32-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin çıxış etdiyi “Atletiko” səfərdə “Oliveyrense” ilə üz-üzə gəlib.
Oyun futbolçumuzun klubunun 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Quluzadə bu dəfə də komandasının oyununda iştirak etməyib. O, qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, “Atletiko” hazırda 31 xalla 23-cü pillədə qərarlaşıb.