- Baxış sayı: 14
- 31 Mart 2026 15:25
- Baxış sayı: 686
- Mart 30, 2026
- 0

Hazırda klubsuz qalan təcrübəli futbolçu Amit Quluzadə yenidən ölkə xaricinə yollana bilər. Belə ki, Yunanıstanın 2-ci liqa təmsilçisi “Apollon Larissa” yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Allsport.az xəbər verir ki, əgər tərəflər müqavilə şərtlərini razılaşdırsa, A.Quluzadə Ellada təmsilçisi ilə birillik müqavilə bağlayacaq.
Futbolçu bundan əvvəl də Yunanıstanda çıxış edib və məhz Larissa şəhərinin eyni adlı təmsilçisində oynayıb. Onun sonuncu klubu isə Moldovanın “Milsami” komandası olub.