Anasını qarət edən dələduzu hədələdi – FOTO

Braziliya futbolunun əfsanəsi Adriano anasını dələduzluq yolu ilə qarət edən şəxsə sosial şəbəkə vasitəsilə sərt xəbərdarlıq edib.

Allsport.az xəbər verir ki, naməlum şəxs “Whatsapp” vasitəsilə özünü Adriano kimi təqdim edərək futbolçunun anasından 15 min Braziliya realı (təxminən 3000 dollar) mənimsəyib. Hadisədən qəzəblənən “İmperator” cinayətkara pulu qaytarmaq üçün 24 saat vaxt qoyub:

“Ailə ilə, ana ilə zarafat etmək olmaz. Pulu geri qaytarmaq üçün 24 saatın var, əks halda yerin altından da olsa, səni tapacam”.

Həmin kateqoriyadan