Anatoli Banişevskinin doğum günündən 80 il ötür

Sabah əfsanəvi futbolçumuz Anatoli Banişevskinin doğum günündən 80 il ötür. Allsport.az saytı xəbər verir ki, bununla əlaqədar olaraq, “Neftçi” PFK-nın baş icraçı direktoru Cəng Sümər, komandamızın baş məşqçisi Yuri Vernidub, kapitan Emin Mahmudov, mərhumun həyat yoldaşı İnna Banişevskaya, qızı Marina və klubumuzun digər nümayəndələri Banişevskinin 2-ci Fəxri xiyabandakı qəbrini ziyarət ediblər.

“Əfsanəvi futbolçumuzun xatirəsini yaşatmaq “Neftçi” peşəkar futbol klubunun, ümumiyyətlə, hər bir “Neftçi”sevərin borcudur” – deyə qeyd edən baş icraçı direktor yubileylə əlaqədar klubun planlaşdırdığı tədbirlərlə bağlı onun ailəsinə məlumat verib. Mərhumun həyat yoldaşı İnna Banişevskaya da Anatoli Banişevskini unutmadıqlarına görə kluba minnətdarlığını bildirib.

Məzarın önünə “Neftçi” PFK tərəfindən əklil və gül dəstələri qoyulub.

Həmin kateqoriyadan