- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva, İngiltərə premyer liqasında ən çox oyun keçirən portuqaliyalı oyunçu olub. Allsport.az saytı xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi 32-ci turda “Siti”nin heyətində “Çelsi”yə qarşı oyunda meydana çıxıb.
Bernardo Silva premyer liqada 297-ci oyununu keçirir və “Fulhem”, “Vest Hem” və “Arsenal”ın keçmiş oyunçusu Luis Boa Morteni (296 oyun) geridə qoyaraq ən çox oyun keçirən portuqaliyalı oyunçu olub. İlk üçlüyü Kriştianu Ronaldu (236) tamamlayır.