- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Ukraynanın “Minay” klubunun kapitanı Anatoli Nuriyev Azərbaycan yığmasına dəvət alması barədə açıqlama verib. Allsport.az xəbər verir ki, Ukrayna mətbuatına danışan 24 yaşlı hücumçu özünü beynəlxalq səviyyədə sınamaq fikrində olduğunu bildirib:
“Hələlik şərh ediləcək xüsusu bir şey yoxdur. Özümü beynəlxalq səviyyədə sınamaq istəyirəm. İlk dəfə Azərbaycan yığmasında oynamaq imkanım ola biləcəyi ilə bağlı söhbətlər bir il əvvəl başladı. Axı, ata tərəfində Azərbaycan köklərim var. Həmişə Ukrayna millisinə çağırılmaq arzusunda idim, amma burada çox yüksək rəqabət var, hətta ölkənin əsas komandasında nəinki debüt, oraya çağırılmaq belə gözlənilməzdir”.
Nuriyev Azərbaycan yığması ilə bağlı hələlik təfərrüatları açıqlamaq istəmədiyini vurğulayıb:
“Bu işlə AFFA məşğul olur. Ona görə də detalları açmaq istəmirəm. Mənim işim “Minay” üçün oynamaq və peşəkarlığımı göstərməkdir. Düşünürəm ki, məsələ yazda – DÇ-2022-nin seçmə mərhələsi başlayanda dəqiqləşəcək. Çünki təqvimə görə, Azərbaycan martın 24-də səfərdə Portuqaliya, 30-da isə evdə Serbiya ilə qarşılaşacaq”.
AFFA Ukrayna premyer liqa təmsilçisi “Minay” klubunun üzvləri – Anatoli Nuriyev və Rüstəm Əhmədzadənin milliləşdirilməsi ilə bağlı danışıqlara başlayıb.