Anri Berqkampla Vieyranı qabaqladı

“Goal” saytı “Arsenal”ın XXI əsrdə ən yaxşı oyunçusunu seçib.

Allsport.az xəbər verir ki, siyahıya 1999-2007 və 2012-ci illərdə “topçular”da çıxış etmiş Tyerri Anri başçılıq edir. Fransalı London klubuyla iki dəfə İngiltərə çempionu olub, üç dəfə İngiltərə kubokunu qazanıb, iki dəfə ölkə superkubokunu qazanıb. O, ümumilikdə keçirdiyi 377 oyunda 228 qol vurub və 98 assistlə yadda qalıb.

İlk üçlükdə Dennis Berqkamp və Patrik Vieyra qərarlaşıb.

Həmin kateqoriyadan