“Antidopinq dəyərləri” Cəlilabadda

AMADA-nın bölgələrdə antidopinq maarifləndirmə tədbirləri davam edir. Allsport.az saytı xəbər verir ki, agentliyin təhsil şöbəsi noyabrın 23-də Cəlilabad rayon UGİŞM PHŞ-də “Antidopinq dəyərləri” seminarı keçirib.

Toplantıda güləş, şahmat, futbol idman növləri ilə məşğul olan yeniyetmə-gənc iştirak ediblər. Tədbirdə futbol üzrə 180, şahmat 150, voleybol 84, sərbəst güləş 88 və ağırlıqqaldırma üzrə 56 idmançı və idmançının köməkçi heyəti iştirak edib.

Onlara dopinq nəzarəti, qadağan edilmiş siyahı, terapevtik istifadə üçün İstisna icazəsi və antidopinq qaydaları haqqında ətraflı məlumat verilib. Seminar zamanı iştirakçılara dopinqin və xüsusilə də narkotik vasitələrin idmançı sağlamlığına təhlükələri haqqında məlumata geniş yer verilib. Dopinq nəzarəti haqqında animasiyalı videonu böyük maraqla izləyən seminar iştirakçıları məşğələdən öncə pre-test və seminardan sonrakı test vasitəsilə antidopinq sahəsində öz biliklərini yoxlayıblar.

Seminar zamanı sual cavablarda xüsusi fəallıq göstərən idmançılara AMADA tərəfindən xatirə hədiyyələri verilib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish