AMADA-nın direktoru Avropa Şurasının antidopinq sahəsində məhkəmə üzrə plenar iclasına qatılıb

Latviyanın paytaxtı Riqada Avropa Şurasının təşkilatçılığı ilə antidopinq sahəsində ədalətli məhkəmə üzrə plenar sessiya keçirilib. Allsport.az saytı xəbər verir ki, mötəbər tədbirdə ölkəmizi Azərbaycan milli antidopinq agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli təmsil edib. Tədbiri AŞ-in baş katibinin müavini Bjorn Berge açaraq, qurumun hazırladığı antidopinq sahəsində ədalətli məhkəmə hüququnun təmin edilməsi sənədinin insan hüquqlarının qorunmasına yönəldiyini vurğulayıb.

Sonra sessiyada Norveç milli antidopinq təşkilatının direktoru Anders Solheym və AMADA-nın rəhbəri Şəfəq Hüseynli bu istiqamətdə görülmüş işlər barədə çıxış ediblər. Çıxışlar zamanı sənədin mahiyyəti, məqsədi və irəli gələn məsələlər barədə məlumat verilib. AMADA-nın direktoru, həmçinin Azərbaycanda bu istiqamətdə qurulmuş və qanunvericilik tərəfindən təmin edilmiş mexanizmlə bağlı xüsusi təqdimatla çıxış edib.

Anders Solheim və Şəfəq Hüseynli antidopinq sahəsində ədalətli məhkəmə hüququnun təmin edilməsi sənədinin hazırlanması üçün Avropa Şurası tərəfindən yaradılmış xüsusi qrupun sədr və sədr müavini olublar. Həmyerlimiz hazırda Avropa Şurasının monitorinq qrupunun sədr müavinidir və sənədin icrasına operativ nəzarət edir.

Həmin kateqoriyadan