Avstriya və Yunanıstan antidopinq agentliyi rəhbərləri ilə söhbət

Milli antidopinq agentliyinin təşkilatçılığı ilə keçiriləcək “Olimpiya çempionluğuna doğru: Təmiz idmanda milli və qlobal baxışlar” adlı beynəlxalq elmi-praktik konfransda iştirak etmək üçün ölkəmizə qonaqlar gəliblər.

Allsport.az saytı xəbər verir ki, fevralın 20-sində AMADA-nın idarəsində Avstriya milli antidopinq agentliyinin icraçı direktoru Mixael Sepik və Yunanıstan milli antidopinq agentliyin rəhbəri Qriqorios Leon ilə söhbət olub.

Qonaqları salamlayan AMADA-nın icraçı direktoru Təhminə Tağızadə qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən danışaraq, beynəlxalq antidopinq siyasətinin inkişafında birgə fəaliyyətin vacibliyini diqqətə çatdırıb, təcrübə mübadiləsinin önəmini vurğulayıb.

Yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən qonaqlar birgə əməkdaşlığın gələcəkdə qlobal antidopinq siyasətinə yeni töhfə verəcəyini, elmi araşdırmaların aparılmasına və layihələrin təşkil olunmasına yeni imkanlar açacağını bildiriblər.

Həmin kateqoriyadan