“Qəbələ” futbol məktəbində antidopinq məşğələsi

“Qəbələ”nin futbol məktəbinin U-15, U-16, U-17 və U-19 komandaları üçün antidopinq maarifləndirmə seminarı keçirilib.

Allsport.az saytı xəbər verir ki, məşğələdə dopinq nəzarəti ilə bağlı əsas mövzular əhatə olunub. Nümunələrin toplanmasından laboratoriya təhlilinədək dopinq nəzarəti prosesinin bütün aspektləri idmançıların diqqətinə çatdırılıb. Həmçinin idmançılara 11 antidopinq qayda pozuntusu haqqında da ətraflı məlumat verilib.

Bundan əlavə, idmançıların hüquq və öhdəlikləri ilə bağlı önəmli məlumatlar paylaşılıb, dürüst idman mühitini qorumaq üçün məsuliyyət və öhdəlikləri qeyb olunub.

Həmin kateqoriyadan