- Baxış sayı: 35
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – İtaliya oyunundan sonra təşkil olunmuş mətbuat konfransında rəqib komandanın baş məşqçisi Antonio Konte matçla bağlı fikrini bölüşüb. Allsport.az xəbər verir ki, italiyalı mütəxəssis komandasının 3:1 hesablı qələbəsi ilə bağlı bunları söyləyib:
“Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etdik. Futbolçular gərək başa düşsünlər ki, bundan sonra da işləmək lazımdır. İnsanda həmişə ambisiya olmalıdır və bunun hesabına irəli gedilməli, müəyyən məsafə qət edilməlidir. Ümid edirəm ki, final mərhələsində də hər şey yaxşı olacaq. Azərbaycan millisi ilə görüş asan oyun deyildi, bunu hamı bilir.
Amma biz öz oyunumuzla bu görüşü özümüz üçün asanlaşdırdıq. O mənada ki, düzgün strategiya qurduq, hücumlar həyata keçirdik. Xoşuma o gəlmədi ki, qol buraxdıq. Oyunu qol buraxmadan tamamlasaydıq, daha yaxşı olardı. Amma komandamızda ruh düşkünlüyü olmadı. Hesab bərabərləşdikdən sonra yenidən irəli atıldıq və daha 2 qol vurmağı bacardıq”.