- Baxış sayı: 9
- 29 Noyabr 2024 14:21
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
“Qarabağ”ın keçmiş futbolçusu Ansi Aqolli bu gün Bakıya gəlib. O, səfər zamanı Ağdam klubunu ziyarət edib.
Allsport.az xəbər verir ki, albaniyalı ilə uşaq futboluna dair potensial əməkdaşlıq perspektivləri müzakirə olunub.
Aqolli 2010-2019-cu illərdə “Qarabağ”da çıxış edib. 38 yaşlı futbolçu komandanın heyətində 5 dəfə ölkə çempionu olub, 3 dəfə Azərbaycan kubokunu qazanıb. O, “Qarabağ”dan ayrıldıqdan sonra ABŞ-ın “Nyu-York Kosmos” klubuna keçmişdi. Aqolli hazırda Amerikada özünün yaratdığı uşaq futbol akademiyasında faəliyyət göstərir.