“Aqressiv oyunu sona qədər davam etdirdik”

“Neftçi”nin baş məşqçisi Samir Abbasov premyer liqanın 19-cu turunda “Keşlə”yə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verirk i, 43 yaşlı mütəxəssis qələbəni şərh edib:

“Komandamı təbrik edirəm. Oyuna aqressiv başladıq, sona qədər bunu davam etdirdik. Bunlar pozitiv məqamlardır. Neqativ odu ki, mən “Neftçi”yə gələndən ilk dəfə rəqibə belə qol imkanı verdik. Bu da bizdə həddən artıq suallar yaradır. Bunun üstündə işləməliyik. Yolumuza davam etməliyik. 20 günlük fasilədən öncə 1 oyunumuz qalıb. Ondan sonra bir qədər rahatlaşa bilərik”.

Həmin kateqoriyadan