Arbeloadan tarixi göstərici

“Real Madrid”in baş məşqçisi Alvaro Arbeloa tarixi nailiyyətə imza atıb.

Allsport.az xəbər verir ki, 43 yaşlı mütəxəssis “kral klubu”nun sükanı arxasında çempionlar liqasının pley-off mərhələsində keçirdiyi ilk dörd matçın hamısında qələbə qazanan ilk baş məşqçi olub.

Turnirin pley-off mərhələsində “Real” hər iki görüşdə “Benfika”nı (1:0, 2:1), 1/8 finalda isə “Mançester Siti”ni (3:0, 2:1) məğlub edib. Madrid təmsilçisi 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsində “Atalanta” – “Bavariya” cütünün (ilk oyun – 1:6) qalibi ilə qarşılaşacaq.

Həmin kateqoriyadan