- Baxış sayı: 25
- 06 May 2026 11:31
- Baxış sayı: 134
- May 04, 2026
- 0

“Yuventus” rəhbərliyi baş məşqçi Luçano Spalletti ilə əməkdaşlığı davam etdirmək qərarına gəlib.
Allsport.az xəbər verir ki, tərəflər müqavilənin müddətini 2027-ci ilin yayına qədər uzadacaqlar. Razılaşmada müqavilənin daha bir il (2028-ci ilə qədər) artırılması variantı da nəzərdə tutulub.
Yeni sözləşmənin aprelin 5-nə qədər rəsmiləşəcəyi gözlənilir.
Spalletti ötən ilin oktyabrından Turin klubuna rəhbərlik edir. Hazırda “qoca sinyora” 29 turdan sonra 53 xalla “A” seriyasının turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.