- Baxış sayı: 39
- 11 Oktyabr 2026 21:56
- Baxış sayı: 352
- Oktyabr 08, 2026
- 0

“Milan”ın futbolçusu Rafael Leao ilə baş məşqçi Massimiliano Alleqri arasındakı münasibətlər tamamilə korlanıb.
Allsport.az xəbər verir ki, “Latsio” ilə matçda əvəzlənərkən narazılığını büruzə verən və Alleqrinin qucaqlamaq cəhdindən imtina edən portuqaliyalı hücumçunun komandadakı gələcəyi sual altındadır. Klub rəhbərliyi artıq 26 yaşlı ulduzun satılmasına yaşıl işıq yandırıb.
Leaunun müqaviləsində 175 milyon avroluq sərbəstqalma maddəsi olsa da, “rossoneri” transferin reallaşması üçün bu məbləğdə ciddi endirim etməyə hazırdır. 2028-ci ilə qədər sözləşməsi olan futbolçu qeyri-sabit çıxışı və intizamsızlığına görə tənqid olunur.