Arbeloanın əvəzinə Emeri

“Real Madrid” cari mövsümün sonunda baş məşqçi postuna hazırda “Aston Villa”nı çalışdıran Unay Emerini gətirə bilər.

Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi məşqçi dəyişikliyi qərarı verəcəyi təqdirdə 54 yaşlı mütəxəssisin namizədliyini prioritet hesab edir.

Tərəflər arasında mümkün təyinatla bağlı ilkin danışıqlar artıq bir neçə gün əvvəl baş tutub.

Xabi Alonsonun istefasından sonra hazırda Madrid klubuna müvəqqəti olaraq Alvaro Arbeloa rəhbərlik edir. Emeri 2022-ci ildən “Aston Villa”nın baş məşqçisidir.

Həmin kateqoriyadan