- Baxış sayı: 16
- 01 Aprel 2026 16:53
- Baxış sayı: 814
- Mart 30, 2026
- 0

“Barselona”dan ayrılan Arda Turan karyerasını “Qalatasaray”da davam etdirəcək. Allsport.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi “sarı-qırmızılar”la müqavilənin şərtlərini razılaşdırıb.
Türkiyə millisinin üzvü peşəkar karyerasına “Qalatasaray”da başlayıb. O, 2011-ci ildə 13 milyon avro qarşılığında “Atletiko”ya transfer olmuşdu. Arda ötən mövsümün ilk yarısını “Başağşəhər”də keçirmişdi.