- Baxış sayı: 23
- 01 Aprel 2026 10:58
- Baxış sayı: 799
- Mart 30, 2026
- 0

Argentina futbol federasiyasının prezidenti Klaudio Tapia ölkədə futbol mövsümünü erkən bitirdiklərini açıqlayıb. Allsport.az xəbər verir ki, qurum rəhbəri koronavirus pandemiyasına görə belə qərar verdiklərini bildirib.
Federasiya prezidenti 2 mövsüm aşağı liqaya klub düşməyəcəyini deyib. Yüksək liqada isə komandaların sayı artacaq və 2021/22 mövsümündə 24 deyil, 28 klub mübarizə aparacaq.