Arif Əsədov: “Əsas odur ki, mərhələni adladıq”

“Neftçi”nin baş məşqçisi Arif Əsədov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində AZAL-a qarşı keçirdikləri cavab oyununu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Maraqlı bir oyun alındı. Evdəki heç-heçədən sonra bizə cavab oyununda erkən qol vurmaq lazım idi. Bunu da bacardıq. Futbolçulara təşəkkür edirəm. Hesab daha da böyük ola bilərdi. Lakin şanslardan yararlana bilmədik. Əsas odur ki, mərhələni adladıq. İndi futbolçulara 3 günlük istirahət verəcəyik. Daha sonra hazırlığımızı bərpa edəcəyik”.

Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyunda hesab açılmamışdı.

Həmin kateqoriyadan