- Baxış sayı: 27
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Arsenal” Bakıya Henrik Mxitaryanı gətirməyəcək. Allsport.az saytı xəbər verir ki, klub rəhbərliyi təhlükəsizlik üçün bu qərarı qəbul edib. İngilislər ermənistanlı yarımmüdafiəçinin Azərbaycana gəlişindən yaranacaq səs-küyün həlledici görüş öncəsində komandaya mənfi təsir edə biləcəyini düşünür.
Halbuki UEFA təşkilatçılardan tam zəmanət alıb. 30 yaşlı futbolçu Dortmund “Borussiya”sında olarkən, “Qəbələ”yə, “Arsenal”ın heyətində isə, “Qarabağ”a qarşı Bakıda keçirilən görüşlərə də gətirilməyib.
Xatırladaq ki, mayın 29-da Bakı olimpiya stadionunda keçiriləcək “Arsenal” – “Çelsi” oyunu saat 23:00-da başlayacaq.