“Arsenal”ın ən çox maaş alanı

Bukayo Saka “Arsenal”la yeni müqavilə imzalayıb.

Allsport.az xəbər verir ki, klubun akademiyasının yetirməsi olan 24 yaşlı futbolçu ilə 5 illik yeni sözləşmə razılaşdırılıb.

Bu müqavilə ilə Saka həftəlik 300 000 funt-sterlinqdən çox maaş alaraq Mikel Artetanın komandasında ən yüksək ödənişli oyunçuya çevrilib.

Bukayonun əvvəlki müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatırdı.

Həmin kateqoriyadan