- Baxış sayı: 109
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 212
- Avqust 05, 2026
- 0

“Yuventus” tarixində ikinci dəfə Avropa kuboklarında bir oyunda 5 qol buraxaraq antirekordunu təkrarlayıb.
Allsport.az xəbər verir ki, çempionlar liqasının pley-off mərhələsinin ilk matçında Turini təmsil edən klub səfərdə “Qalatasaray”a 5:2 hesabı ilə məğlub olub.
Buna bənzər hadisə sonuncu dəfə 1958/1959 mövsümündə, komandanın Avstriyanın “Viner” klubuna 0:7 hesabı ilə uduzduğu zaman baş vermişdi.
Beləliklə, İtaliya nəhəngi 67 ildən sonra yenidən beynəlxalq arenada bir matçda qapısında bu qədər qol görüb.