“Arsenal”ın üzvü 6 həftəlik sıradan çıxdı

“Arsenal” ciddi itki ilə üzləşib.

Allsport.az xəbər verir ki, komandanın hücumçusu Ebereçi Eze zədə səbəbindən yaşıl meydanlardan kənarda qalacaq.

27 yaşlı ingiltərəli futbolçunun baldır əzələsindəki zədə səbəbindən 4-6 həftə oynamayacağı gözlənilir. Çempionlar liqasında “Bayer”lə matçda zədələnən Eze, bu səbəbdən liqa kubokunun finalını və İngiltərə millisinin mart oyunlarını buraxmalı olub.

Eze cari mövsümdə “topçular”ın heyətində 43 matçda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan