Artetanın yeni hədəfi

“Arsenal” müdafiə xəttini gücləndirmək üçün “Korintians”a rəsmi təklif göndərib.

Allsport.az xəbər veir ki, “topçular” 25 yaşlı sağ cinah müdafiəçisi Mateuzinyonu transfer etmək niyyətindədir.

Londonluların baş məşqçisi Mikel Arteta futbolçunun heyətə qatılmasında israrlıdır. Lakin “Korintians” rəhbərliyi aparıcı oyunçularından birini satmaq istəmir və bu məsələdə sərt mövqe nümayiş etdirir. Bildirilir ki, yalnız Mateuzinyo özü komandadan ayrılmaq üçün rəhbərliyə təzyiq göstərərsə, Braziliya klubu qərarına yenidən baxa bilər.

Cari mövsümdə 13 oyuna çıxan və 1 qol vuran müdafiəçinin müqaviləsi 2028-ci ilə qədərdir.

Həmin kateqoriyadan