- Baxış sayı: 47
- 06 Mart 2026 22:52
- Baxış sayı: 267
- Mart 05, 2026
- 0

“Yuventus”, “Bavariya”, “Barselona” və “İnter”in sabiq yarımmüdafiəçisi Arturo Vidal cinsi təcavüzdə ittiham olunur.
Allsport.az xəbər verir ki, Çili prokurorluğu cinsi təcavüz iddiası ilə bağlı məlumat aldıqdan sonra araşdırmalara başlayıb.
Şikayət 37 yaşlı Vidal və digər “Kolo-Kolo” oyunçularına qarşı edilib.
İddia edilən cinayət Çilinin paytaxtı Santyaqonun gecə klublarının birində baş verdiyi deyilir. Qadın narkotik təsiri altında cinsi təcavüzə məruz qaldığı haqda polisə ərizə məlumat verib.
İşlə bağlı aparılan istintaq çərçivəsində Vidalın dindirilməsi üçün polis bölməsinə aparıldığı bildirilir.