- Baxış sayı: 38
- 12 Yanvar 2026 16:45
- Baxış sayı: 207
- Yanvar 11, 2026
- 0

“Boston Brüinz” klubu müdafiəçi Conatan Aspirot ilə yeni müqavilə imzaladığını rəsmən elan edib.
Allsport.az xəbər verir ki, baş menecer Don Suini 26 yaşlı xokkeyçi ilə ikiillik saziş bağlandığını açıqlayıb. Müqavilənin müddəti 2027/2028-ci illər mövsümünədək nəzərdə tutulub. Oyunçunun illik maaşı 887 500 ABŞ dolları təşkil edəcək.
Aspirot NHL-də debütünü ötən il oktyabrın 28-də məhz “Boston”un heyətində edib. O, cari mövsümdə keçirdiyi 25 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.