- Baxış sayı: 36
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 787
- Mart 30, 2026
- 0

Qazaxıstanın “Astana” klubu baş məşqçisi Roman Qriqorçukla yolları ayırıb.
Allsport.az klubun saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Onun müqaviləsinin başa çatmasına 1 il qalmışdı.
“Astana” 54 yaşlı mütəxəssisin rəhbərliyi altında son mövsüm Qazaxıstan çempionu olub. Qriqorçuk 2015-2018-ci illərdə “Qəbələ”ni çalışdırıb.