Astara UGİŞM üçün antidopinq məşğələsi

AMADA-nın bölgələrdə antidopinq maarifləndirmə tədbirləri çərçivəsində Astara şəhər UGİŞM PHŞ-də “Antidopinq dəyərləri” seminarı keçirib. Allsport.az saytı xəbər verir ki, toplantıda sərbəst və yunan-Roma güləşi, badminton, futbol, taekvondo, boks və ağırlıqqaldırma növləri ilə məşğul olan yeniyetmə-gənc idmançılar iştirak ediblər. Tədbirdə ümumilikdə 50-yə yaxın gənc idmançı və məşqçi müəllim də iştirak edib.

Onlara dopinq nəzarəti, qadağan edilmiş siyahı, terapevtik istifadə üçün İstisna icazəsi və antidopinq qaydaları haqqında ətraflı məlumat verilib. Seminar zamanı iştirakçılara dopinqin və xüsusilə də narkotik vasitələrin idmançı sağlamlığına təhlükələri haqqında məlumata geniş yer verilib. Dopinq nəzarəti haqqında animasiyalı videonu böyük maraqla izləyən seminar iştirakçıları seminardan öncə pre-test və seminardan sonrakı test vasitəsilə antidopinq sahəsində öz biliklərini yoxlayıblar.

Seminar zamanı sual cavablarda xüsusi fəallıq göstərən idmançılara AMADA tərəfindən xatirə hədiyyələri verilib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish