- Baxış sayı: 30
- 03 Mart 2026 15:21
- Baxış sayı: 51
- Mart 02, 2026
- 0

“Borussiya Dortmund”un hücumçusu Doniel Malen klubunu dəyişə bilər.
Allsport.az xəbər verir ki, niderlandlı futbolçu ilə “Aston Villa” maraqlanır. “Şirlər” 25 yaşlı oyunçu üçün “arılar”a 25 milyon avro təklif etmək istəyir.
Malen 2021-ci ildən “Borussiya”da çıxış edir. O, cari mövsüm ərzində 20 oyunda iştirak edib, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.