- Baxış sayı: 35
- 22 Noyabr 2024 23:11
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Bu gün “İdman hamı üçün” layihəsi çərçivəsində Bakıda “Atletika hamı üçün” tədbiri keçirilib.
Allsport.az saytı xəbər verir ki, yarışa qoşulan 100-dən çox iştirakçı yerindən uzunluğa tullanma, tibbi topun atılması (uşaqlar 1 kq, qadınlar 2 kq, kişilər 3 kq), 30 metr məsafəyə qaçış proqramlarında öz qüvvələrini yoxlayıblar. Həmçinin uşaqlar “vorteks atışı”nda, ailələr isə estafet yarışında da özlərini sınayıblar.
Əyləncəli idman tədbirinin təşkilində məqsəd, atletika idman növünün təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.