- Baxış sayı: 84
- 14 Dekabr 2025 10:00
- Baxış sayı: 128
- Dekabr 19, 2025
- 0


Gənclər və idman nazirliyi ilə Azərbaycan kanoe və avarçəkmə federasiyasının birgə təşkilatçılığı əsasında 16-17 martda avarçəkmə üzrə Azərbaycan birinciliyi keçiriləcək.
Allsport.az xəbər verir ki, yeniyetmə və gənclər arasında baş tutacaq turnir Mingəçevir “Kür” olimpiya tədris-idman mərkəzində təşkil olunacaq.
Azərbaycan birinciliyində 2007-2012-ci il təvəllüdlü 100-dən çox idmançı müxtəlif yaş kateqoriyalarında akademik, kayak və kanoe növlərində mübarizə aparacaqlar. İdmançılar akademik növdə 1,2 və 4 nəfərlik qayıqlarda 500, 1000 və 1500 metr, 1 nəfərlik kanoedə 200, 500 və 1000 metr, 1,2 və 4 nəfərlik kayakda 200, 500 və 1000 metr məsafədə medal qazanmağa çalışacaqlar.
İlk dəfə olaraq ölkədaxili turnirlərdə 4 nəfərlik kayak qayığında yarışlar keçiriləcək.